Qəribə hadisələr cərəyan edir: Rusiyanın Qarabağda sülhməramlı statusu ola-ola, hörmətsiz edildiyinin fərqində deyil... Qarabağda postumuza qumbara atılır, sülhməramlı susur, 7 şəhid və 10 yaralımız-Rusiya susur... Amma Rusiya Cənub Hərbi Dairəsi qoşunlarının komandan müavini, general-leytenant Rüstəm Muradovu Bakıya göndərir... Ki, Bakıda yaralı-əsir düşmüş erməni var... Bu gün isə onu Bakıdan İrəvana aparan təyyarə yerə enib. Bu barədə “Sputnik Armeniya” məlumat yayıb. Sayt yazır ki, Muradov özü ilə bir erməni hərbçisinin cəsədini aparıb.

*** 

Az əvvəl erməni KİV-ləri yazmışdı ki, Rusiya Cənub Hərbi Dairəsi qoşunlarının komandan müavini, general-leytenant Rüstəm Muradov təyyarə ilə Bakıdan İrəvana yola düşüb. Yazırlar ki, təyyarənin göyərtəsində son təxribat zamanı ölən erməni hərbçilərinin cəsədləri var. Lakin hava gəmisində heç bir hərbi əsir yoxdur. General Muradov Azərbaycan-Ermənistan sərhədinin Rusiya sülhməramlılarının məsuliyyət zonasından kənarda olan hissəsindəki vəziyyəti nizamlamaq üçün danışıqlar aparmaq niyyətindədir. Amma o, İrəvana meyit aparmalı oldu. Bunun həm də hərbi-siyasi mənası var...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN