Bu sual sual şəbəkələrdə ciddi müzakirə edilir. Xüsusən də, «qazi» deyəndə çoxları hərbi  əməliyyatlar zamanı, yaxud müharibədə yaralananları qazi hesab edir.

Amma ortaya isə sual çıxır: məsələn, döyüş əməliyyatları zamanı iki hərbçimiz düşmənə qarşı vuruşur. Onlardan biri təsadüfən qəlpə yarası alır, hospitala aparılır, digəri isə yaralanmadan döyüşü qəhrəmancasına sonadək davam etdirir, düşməni məhv edərək, hədəfə çatır, zirvəni fəth edir.  İndi köhnə məntiqlə, yaralanana qazi deyilsin,  sonadək döyüşənə isə sadəcə, döyüşçü???

***

…Sosial şəbəkə istifadəçisi Vüsal Məmmədov belə bir maraqlı status paylaşıb, bu  və ya digər suallara aydınlıq gətirib: «…Azərbaycanda "qazi" anlayışı lap əvvəldən səhv istiqamətə yönəldildi. Qazi - "müharibədə yaralanmış şəxs" demək deyil! Sən Vətənin uğrunda döyüşə gedib ölsən - şəhidsən, qalsan – qazi! Vəssalam. Halbuki yaralanmağın bura heç bir dəxli yoxdur. Misal kimi Qazi Mustafa Kamal Paşanı göstərə bilərəm. Onun məşhur "Ya şəhid ol, ya qazi" çağırışının mənası o deyil ki, "Ya canından keç, ya sağlamlığından!" Bu o deməkdir ki, Vətənin uğrunda ya öl, ya da qal. Ölsən- şəhidsən, qalsan- qazi!!!   Azərbaycanda isə bəziləri belə qəbul edir ki, qazi - "müharibədə yaralanmış şəxs"dir. Kökündən səhvdir! Döyüşdə iştirak edib, sağ qayıdan hər kəs qazidir. Qalanı təsadüfün işidir: kiməsə güllə dəyməyibsə, bu, onun "günahı" deyil, dəyə də bilərdi. Nə qədər ki, çox gec deyil, bu terminoloji biabırçılığa son qoyub "qazi" adını həqiqi sahiblərinə qaytarıb, əlavə olaraq, Vətən uğrunda sağlamlığından keçənləri ayırd etmək üçün daha uyğun bir termin tətbiq edilməlidir. Məsələn, elə Veteran!".

 Bəli, məntiq də diqtə edir ki, düşmən gülləsindən, yaxud mərmi qəlpəsindən yaralanıb-yaralanmamasından asılı olmayaraq, döyüşə girən, vuruşub sağ qalan hər bir hərbçi qazidir, həlak olan isə şəhid!

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN