Azərbaycanın maliyyə bazarında ən çox narahatlıq yaradan məsələlərdən biri də tenderlərdəki xaosdur...

Ölkə mediasının az qala hər günündə yayımlanan xəbərlərində xüsusi olaraq eyni şəxs və ya şirkətlərə məxsus MMC-lərin böyük məbləğlərdə iş həcmi nəzərdə tutulan satınalmalarda qalib olmasıdır. Hətta bəzən elə MMC-lər milyonluq satınalmalarda qalib olur ki, həmin MMC-nin nizamnamə kapitalı 10 manatdır və tender udulandan, vəsait xərclənəndən sonra həmin MMC qeyb olur, yəni yoxa çıxardılır... Elə bu gün “Satınalmalarla bağlı qaldırılan bəzi məsələlər hökuməti də qane etmir”, -deyən maliyyə naziri Samir Şərifovun Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin geniş tərkibdə onlayn iclasında belə deməsi də təsadüfi deyil... Nazir bu sahənin təkmilləşdirilməsi istiqamətində işlər aparıldığını qeyd edib. Subsidiyalardan, xüsusən aqrar sahənin subsidiyalaşmasından və hökumətin bu sahədən gözləntilərindən danışan S. Şərifov subsidiya həcmlərinin artmasının gətirə biləcəyi risklərin hökumətin də gündəliyində olduğunu bildirib. Ümumi gəlirlərin 88,8%-nin Bakı şəhərinin, 11,2%-nin digər regionların payına düşdüyünü qeyd edən Samir Şərifov regionların gəlirlərinin müəyyən hissəsinin rayonlarda saxlandığını bildirib. Avtomobil parkını yenilənməsində hökumətin elektromobillərə və hibrid avtomobillərə üstünlük verdiyi bildirilib və bu istiqamətdə nəzərdə tutulan stimullaşdırıcı tədbirlər barədə məlumat verilib. Nazir büdcə vəsaitlərinin idarə olunması ilə bağlı da deputatlara məlumat verib. Qaldırılan bir çox məsələlər üzərində hökumət tərəfindən iş aparıldığını vurğulayan maliyyə naziri bildirib ki, deputatların təmsil etdikləri rayonlarla və seçicilərlə bağlı gündəmə gətirdikləri problemlər əsasən növbəti büdcə planlaşdırılmasında öz həllini tapa biləcək məsələlərdir.

*** 

Bəs görəsən hökumətimizi də narahat edən bu problem nə vaxtsa həllini tapacaqmı???

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN