Bakıdan Ağdama yola salınan 656 saylı sərnişin qatarı 1987-ci ilədək Ağdamdan sonra Xankəndiyə çatırdı... 

Ermənistanın məlum işğalçılıq siyasəti nəticəsində bu qatar sonra Ağdama kimi gedəsi oldu, 1992-ci ildən isə Bərdə-Köçərli stansiyasınadək. 1993-cü ildə Ağdam işğal edildi... Artıq Ağdam işğaldan azad edilib və 656 saylı sərnişin qatarı yaxın zamanlarda ilk sərnişinlərini Ağdama kimi çatdıracaq. Qalıq həmin qatarın Xankəndiyə yola salınması. Bəs bu tarixi bilən varmı? “Bərdədən Ağdama dəmir yolu xəttinin bərpası başa çatdıqdan sonra Xankəndiyə də dəmir yolu xəttinin çəkilməsi planlaşdırılır”. Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib. O, Şuşaya dəmir yolu xəttinin çəkilməsi barədə də danışıb: “Bu istiqamətdə layihələndirmə işləri gedir, amma tikinti işlərinə nə vaxt başlanılacağını deyə bilmərəm. Qərar verilsə, ondan sonra işlərə başlanılacaq".

Beləliklə, Bakıdan Ağdama gedən qatarın yolunu Xankəndidə və Şuşada gözləyənlər var. Gözünüz yolda, qulağınız səsdə olsun...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN