Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə Paşinyanla təkbətək, eləcə də NATO və Avropa İttifaqının ən yüksək statuslu şəxsləri ilə görüşüb...

Bu məsul görüşlərdın sonra İlham Əliyev "Qarabağın statusu barədə hər hansı müzakirəyə dönüş yoxdur, Dağlıq Qarabağ münaqişəsi bitib"' -deyərək İspaniyanın “El Pais” nəşrinə müsahibəsinə müsahibə verib.  İ.Əliyev “Azərbaycanın mövqeyi açıq-aydındır. Biz sülh istəyirik, müharibə istəmirik. Biz müharibədə zəfər çaldıq, biz qalibik. Bu reallığı nəzərə almaq lazımdır”, - kimi qəti sözünü deyib. Bölgədəki vəziyyətə toxunan Prezident İlham Əliyev bunun nisbətən sabit olduğunu vurğulayıb: “Təəssüf ki, Ermənistan revanş cəhdlərinin qarşısını almayıb. Onlar üçün İkinci Qarabağ müharibəsində məğlubiyyət çox ağrılı, demək olar, 30 ildir ordunun məğlubedilməzliyi, onun əsgər və komandirlərinin gücünü, cəsarətini təbliğ edən ideoloji əsas və təbliğatı üçün sarsıdıcı olub. 44 günlük müharibə zamanı onların ordusu tamamilə məhv edilib”.

Bəli, saxta erməni tarixçi və siyasətçilərin yüz illik arzuları puç olmaqdadır. Azərbaycan Ordusu onları buna məcbur etdi, diz çökdürdü... 20 il əvvəl ən yüksək statusu belə bəyənməyən, oyun oynayan, Şuşada yallı gedən, şərab içib dombalaq aşan Ermənistan rəhbərliyi indi başı aşağı dayanmağa məhkum edilib...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN