“Qanun layihəsində medianın maliyyələşdirilməsi və reklam bazarının mediaya uyğunlaşdırılması yolları da əksini tapsın”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Media haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.
Deputat bildirib ki, qanunun işləməsi üçün maliyyə lazımdır: “Bu qanunda medianın haradan maliyyələşəcəyi qeyd olunmalıdır”.
Deputat ali təhsillə bağlı məsələyə qanun layihəsində yenidən baxılmasını istəyib.
V. Əhmədov qeyd edib ki, reyestr məsələsinin məcburi olduğu qanun layihəsindən görünür: “Buna nə ehtiyac var?”.
Deputat bildirib ki, media ciddi subyektlərdən biridir: “Media dövlətin, millətin taleyini həll edir. Ona görə də kompromisə gedilsə, yaxşı olar” (apa).

Qeyd edək ki, bu gün Milli Məclisdə “Media haqqında” yeni qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu və 13-cü bəndlərinə uyğun olaraq, media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir. Layihə 9 fəsil, 78 maddədən ibarətdir. Müzakirələr zamanı deputatlar müxtəlif fikir və rəylərini bildiriblər.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq qəbul edilib.

TEZADLAR.AZ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN