Prezident İlham Əliyev Regional Təhsil İdarələrinin yaradılması haqqında sərəncam imzaladı... Qaldı Regional İcra Hakimiyyətlərinin yaradılması... Məsələn, Qazax və Ağstafa, Tovuz, Şəmkir Regional İcra Hakimiyyəti... Sabirabad, Saatlı, Salyan, Biləsuvar İcra Hakimiyyətləri... Lənkəran, Lerik, Astara, Cəlilabad, Masallı İcra Hakimiyyətləri... Şamaxı, Qobustan, Ağsu, İsmayıllı, Qəbələ İcra Hakimiyyətləri və s. oBəli, hiss olunur ki, İcra Başçılarının təmərküzləşməsi reallaşmaqdadır. Təsəvvür edin, Azərbaycanda 80 icra başçısı, 80 bahalı maşın, 80 katibə, 80 köməkçi, 80 şadlıq evi və 80 restoran, 80 xidməti mənzil, 80... İldə bu başçılara yüz milyonlar da bəs eləmirdi... Prezidentin növbəti sərəncamı ilə daha bir strateji sahədə regional dövlət idarəetmə strukturu formalaşıb. 14 İqtisadi rayon yaradılıb... Bu dəfə isə Sərəncamla Təhsil Nazirliyinin bütün rayon/şəhər şöbələri ləğv edilərək 12 Regional Təhsil İdarəsi yaradılıb. Artıq regional idarəetmə formasına keçid etməyən dövlət qurumları barmaqla sayıla bilər. Rayonlarda və şəhərlərdə yalnız hüquq-mühafizə orqanları və yerli icra hakimiyyətləri hələlik ənənəvi idarəetmə formasında fəaliyyətlərini davam etdirirlər. Digər dövlət qurumlarının rayonlarda yalnız kiçik, bir neçə nəfərlik şöbələri qalıb. Düşünürük ki , Prezidentin təhsil sektorunda regional idarəetmə ilə bağlı bu günkü növbəti sərəncamını da ölkədə yeni, daha səmərəli idarəetmə modelinə keçid olaraq, bütün icra hakimiyyətlərinin ləğvi, əvəzində isə 14 iqtisadi rayon üzrə 14 regional icra başçılarının formalaşmasına doğru növbəti addım kimi dəyərləndirmək olar... İndi elektron idarəetmə sistemi varsa, bu qədər əlavə büdcə yükü kimə lazımdır???
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN