Türkiyə Rusiya ilə Ukrayna arasında vasitəçilik missiyasını üzərinə götürməyə hazırdır...

"Anadolu" Agentliyi yazır ki, "Rusiya ilə Ukrayna, Rusiya ilə NATO arasındakı gərginliyin ən qısa zamanda sülh yolu ilə, danışıqlar vasitəsilə həll edilməsini, əmin-amanlığın və sabitliyin hökm sürəcəyi bir mühitin bərqərar olmasını istəyirik”, -deyən Türkiyənin milli müdafiə naziri Hulusi Akar  Türkiyə Silahlı Qüvvələrinin (TSK) Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər və nazir müavinləri, birlik komandirlərinin iştirakı ilə keçirdiyi videokonfransda bu barədə bildirib. 

H.Akar deyib ki, bu istiqamətdə Türkiyə üzərinə düşən vəzifəni icra etməyə, hər şəkildə dəstək göstərməyə hazırdır: “Bu mövzuda indiyə qədər necə dəstək verirdiksə, yenə də dəstəyimizi əsirgəməməyə hazırıq”.

Qara dəniz bölgəsində baş verən son hadisələrə toxunan Türkiyə milli müdafiə naziri sakitliyin hökm sürməsi üçün çalışdıqlarını vurğulayıb: “İndiyə qədər razılaşdığımız müqavilələr və müvafiq qaydalar çərçivəsində Qara dənizdəki fəaliyyətlərin heç bir şəkildə gərginlik yaratmamasına, baş verənlərin böyüməməsinə çalışırıq. Bununla bağlı bütün tərəflərə mövqeyimizi bildirirəm”. 

Təbii ki, bu iki ölkə arasındakı münaqişə bölgə üçün ciddi narahatlıq yaratmaqdadır...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN