Eks Prezident Mixeil Saakaşvilinin Qori Hərbi Hospitalından Rustavi şəhərindəki 12 saylı həbsxanaya köçürülməsi müvəqqəti olaraq təxirə salınıb.

Bu barədə Xüsusi Penitensiar Xidməti məlumat yayıb. Məlumatda qeyd olunub ki, dekabrın 27-də sabiq dövlət başçısının müalicəsi başa çatandan sonra tibbi heyət onun hospitaldan buraxılması barədə qərar qəbul edib: “Yüksək ictimai marağa görə nəzərinizə çatdırmaq istərdik ki, bu il dekabrın 27 -də məhkum Mixeil Saakaşvilinin müalicəsi başa çatdıqdan sonra tibb işçiləri Mixeil Saakaşvilinin Qori Hərbi Hospitalından buraxılması barədə qərar qəbul edib. Mixeil Saakaşvili Xüsusi Penitensiar Xidmətin onu Rustavi 12 saylı cəzaçəkmə müəssisəsinə köçürülməsi ilə bağlı qanuni tələbinə əməl etməyib. Narahatlıq zəminində onun təzyiq dalğalanmaları qeydə alınıb və bu, Xüsusi Penitensiar Xidmətin qanuni köçürmə tədbirinin müvəqqəti olaraq təxirə salınması barədə qərarına səbəb olub. Qeyd edək ki, Mixeil Saakaşvili bu il noyabrın 19- dan müvafiq müalicə üçün Xüsusi Penitensiar Xidmət tərəfindən Qori şəhərindəki Giorgi Abramişvili adına Hərbi Hospitala köçürülüb, ona bütün lazımi tibbi xidmətlər göstərilib və daimi həkim nəzarətində olub", - deyə agentliyin açıqlamasında bildirilib.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN