Azərbaycanda bu il də Qarabağda quruculuq və müdafiə ili olaraq qalacaq...

Ölkə Prezidentinin diqqəti də buna yönəlib. "Ötən il Azərbaycan bütün beynəlxalq təşkilatlarla, o cümlədən Türkiyə və Rusiya ilə əlaqələri gücləndirib. Gürcüstan və İranla əlaqələr möhkəmlənir. Çoxtərəfli əməkdaşlıq platforması formalaşır". Bunu dövlət başçısı İlham Əliyev ölkə vətəndaşlarına Yeni il müraciətində deyib. “Ümid edirəm ki, nə vaxtsa bizim Ermənistanla da yaxşı qonşuluq münasibətlərimiz olacaq. İkinci Qarabağ müharibəsinin nəticələrini qəbul edən Ermənistan regional rolunu artıra bilər. Ümid edirəm ki, Soçi və Brüsseldə əldə olunan razılaşmalar 2022-ci ildə həyata keçiriləcək”, - deyə Əliyev bildirib. 2022-ci ildə ölkənin hərbi qüdrəti artacaq, yeni silah və texnika alınacaq. “ Bu il artıq Azərbaycanda yeni hərbi birləşmə yaradılmışdır - Komando Qüvvələri. Bu Komando Qüvvələri istənilən hərbi vəzifəni icra etməyə hazırdırlar, onların sayı durmadan artır və artacaq. Beləliklə yeni çevik, peşəkar və çox böyük imkanlara malik olan silahlı birləşmənin yaradılması onu deməyə əsas verir ki, biz hər an öz torpaqlarımızı, öz sərhədlərimizi qorumağa hazır olmalıyıq”, - Əliyev deyib.

Bundan əlavə, işğaldan azad edilən ərazilərdə müasir hərbi infrastruktur yaradılacaq. Bütün bunlar birlikdə Azərbaycanın hərbi üstünlüyünü təmin edəcək, deyə Əliyev bildirib. İşğaldan azad edilmiş ərazilərdə əhalinin geri qaytarılması məqsədi ilə sosial layihələrə böyük vəsait qoyulacaq. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin bərpasına xüsusi diqqət yetirilir. “Biz 2022-ci ildə Şuşa şəhərinin 270 illiyini qeyd edəcəyik. Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və biz yeni ildə bu yubileyi böyük təntənə ilə qeyd edəcəyik. Bu şanlı tarixi nəzərə alaraq və Şuşanın bərpasının sürətləndirmək məqsədilə mən yeni ili “Şuşa İli” elan edirəm”, Əliyev qeyd edib.

Bəli, Azərbaycan 44 günlüj müharibədə əldə etdiyi tarixi nailiyyətləri davam etdirməkdədir və Qarabağın bərpası, məcburi köçkünlərin həmin ərazilərə qayıdışı tezliklə təmin ediləcək...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN