Qazaxıstanın mərkəzində və digər ərazilərdə atışma səsləri eşidilməkdədir...

"Təzadlar" "Ria Novosti"yə istinadla bildirir ki, hətta bəzi ərazilərdə şiddətli döyüşlər gedir... Qazaxıstanın Almatı şəhəri meriyasının qarşısındakı Respublika meydanında isə hərbçilərlə silahlı şəxslər arasında atışma başlayıb. "Meydana hərbçilər gəldi, iğtişaşçıların “təmizlənilməsi” əməliyyatı başladı. İntensiv atışma gedir”, - Ria-Novosti xəbər verir. Öz növbəsində “Sputnik.kz” da teleqram kanalında şəhərdə atışmanın getdiyi xəbər verib. “Meydanda atışma gedir”, - agentlik bildirib. Vurğulanır ki, meydana 50-yə yaxın hərbi texnika, o cümlədən BTR, hərbçilərlə dolu yük avtomobilləri cəlb olunub və meydan mühasirəyə alınıb. "Meydanın mərkəzində iğtişaşların 200-ə yaxın təhrikçisi toplaşıb, bəzilərində odlu silah var”, - xəbərdə qeyd olunur. Müxbirin sözlərinə görə, 10-a yaxın atəş açılıb. "Lakin atəş açan təhlükəsizlik qüvvələri deyil", - agentliyin əməkdaşı əlavə edib.

Vəziyyət kritik olaraq qalır. Ölkə rəhbərliyi rəsmi Moskvadan kömək istəyib. Rusiya bu təxribatların ABŞ-dan gəldiyini yazır, ABŞ administrasiyası isə bunu qəti təkzib edib...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN