Qazaxıstanda son vəziyyət qan dondurur...

Hər tərəf qan donduran mənzərə, yanğınlar, meyitlər, uzun çörək növbələri... Nə baş verir? Baş verənlər ortada, amma bunun törənmə və baş vermə səbəbi hələki bəlli deyil... O bəlli ki, yanvarın 7-də AzadlıqRadiosunun müxbirləri Almatıdakı Respublika meydanında üç nəfərin cəsədini görüblər. Birincisi Nazarbayev prospekti ilə Satpayev küçəsinin kəsişməsindəki xəndəkdə avtomobildə olub. İkinci cəsəd Bayseitova küçəsi 42 ünvanında yerləşən binanın qarşısında, üçüncü cəsəd isə Satpayev və Jeltoksan küçələrinin kəsişməsində avtomobildə olub. Ön şüşədə güllə izləri var.
Jurnalistlər yerli mətbuatın “terrorçular tərəfindən işğal edildiyi” bildirilən Kalkaman mikrorayonunda 1 və 7 saylı şəhər xəstəxanalarına baş çəkiblər. Jurnalistlərin yazdığına görə, hazırda tibb müəssisələrində yalnız xəstələr və həkimlər var.
Əl-Farabi prospektində yerləşən "Esentai Mall" kimi bəzi ticarət mərkəzləri hərbi nəzarət altındadır. "Şəhərin kənarındakı "Aport" ticarət mərkəzində yerləşən "Maqnum" supermarketinin qarətinin davam etdiyi görünür. Ticarət mərkəzinin yaxınlığında qarətin qarşısını almağa çalışan könüllülər var. Onlar əllərində çubuqlar tutur və yemək oğurlayanlara daim xəbərdarlıq edirlər. Supermarketdən çıxardıqları yeməklər isə yad mülkdür... Amma heç kim onlara qulaq asmır...", -deyə AzadlıqRadiosu yazır.
Müxbirlərin sözlərinə görə, yanacaqdoldurma məntəqələrində və bankomatların qarşısında uzun növbələr yaranıb. Bəzi sakinlər nağd pullarının bitdiyini və vəziyyət bir neçə gün də davam edərsə, insanların aclıqdan öləcəyini bildiriblər. Mağazalarda çörək yoxdur.
Vağzallarda da uzun növbələr yaranıb. Almatıda ictimai nəqliyyat yoxdur.... 

Və nəhayət, indi küçələrdə rus və erməni əsgər-hərbçiləri görünür... Bu günkü Qazaxıstan hələki belə bir acı mənzərəni yaşayır...

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN