Qazaxıstanda baş verənlər dünyanın diqqət mərkəzindədir.

Türkiyə isə Qazaxıstandakı prosesləri diqqətlə izləyir. Belə ki, “İnanırıq ki, Qazaxıstandakı qardaşlarımız öz gücləri və imkanları ilə ölkənin üzləşdiyi bütün çətinliklərin öhdəsindən gələcəklər”, -deyən Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Ankarada jurnalistlərə açıqlamasında deyib ki, Ankara Qazaxıstanda baş verən son hadisələri diqqətlə izləyir. “Qazaxıstan Türkiyənin mühüm müttəfiqidir və biz bu ölkədə vəziyyətin mümkün qədər tez sabitləşməsinə və asayişin təmin olunmasına ümid edirik. Əgər Qazaxıstan Ankaraya hər hansı müraciət etsə, biz bunu tam şəkildə yerinə yetirməyə hazırıq. Türkiyə Qazaxıstanın yanında olub və olacaq!"  Türkiyənin “Anadolu” Agentliyi bu barədə məlumat yayıb. Agentlik həm də qeyd edir ki, Qazaxıstan bir neçə ay əvvəl təsis olunmuş Türk Dövlətləri Təşkilatının üzvüdür...

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN