Azərbaycanın müasir nəslinin nümayəndələrinin uğurları qürurvericidir...

Türkiyə KİV-lərinin yazdığına görə, ABŞ-da yaşayan Rəna Abbasova Nyu-York şəhər meriyasının Beynəlxalq Əlaqələr İdarəsinin rəhbəri vəzifəsinə təyin olunub. R.Abbasovanı bu vəzifəyə Nyu-Yorkun yeni meri seçilən Erik Adams təyin edib. Yanvarın 1-də vəzifəsinin icrasına başlayan E.Adamsın komandasında iki türk yer alıb. 

 Rəna Abbasova E.Adamsla 2016-cı ildən bu günə kimi Nyu-Yorkun Bruklin inzibati rayonunun rəhbəri olduğu vaxtdan birlikdə işləyir.

Onu da xatırladaq ki, ABŞ-da yaşayan çoxsaylı Azərbaycan nümayəndələri yüksək etimadlı vəzifələr tutmaqdadır.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN