...Hiss olunur ki, Rusiya Qazaxıstan üçün çox darıxıbmış.

Çünki SSRİ dağılandan və müttəfiq respublikalar müstəqillik əldə edəndən sonra bu respublikaların demək olar heç birində əvvəlki ordu qalmamışdı. Bu isə Rusiyanı uzun illər idi ciddi narahat edirdi... Budur,  "Biz göstərdik ki, öz evimizdə vəziyyəti dəyişməyə, rəngli inqilablar gerçəkləşdirməyə imkan verməyəcəyik”, - deyən Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) videokonfrans formatında keçirilən bu günkü sammitində bildirib ki, Qazaxıstanda Maydan texnologiyalarından istifadə edilib. Bu ölkəyə hücum təcavüz aktıdır: "Buna dərhal reaksiya vermək lazım idi. Biz Qazaxıstanda beynəlxalq terrorçuluğun aqressiyasını müşahidə edirik. Döyüşçülər xüsusi təlimdən keçmişdilər. Biz göstərdik ki, öz evimizdə vəziyyəti dəyişməyə, rəngli inqilablar gerçəkləşdirməyə imkan verməyəcəyik. KTMT qüvvələri Qazaxıstanda nə qədər lazımdırsa, o qədər də qalacaq, lakin sözsüz ki, sülhməramlı kontingent Qazaxıstandan çıxarılacaq".

Dünyanın bir çox ölkələri isə Rusiyanın Qazaxıstana qoşun yeritməsini təcavüz kimi qiymətləndirib.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN