Bu da erməni təxribatına yaşıl işıq yandıranlara tutarlı cavab...

Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarından etibarən başlatdığı təxribata cavab olaraq Azərbaycan Ordusunun əsgərləri dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Ermənistanın iki postunu dağıdıb. Pravdainfo.org Azərbaycan KİV-lərinə istinadən xəbər verir ki, Azərbaycan əsgərləri səkkiz nəfər erməni hərbçisini məhv edib. Qeyd edək ki, ötən gün 11 yanvar tarixində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində günorta saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində Azərbaycan hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olmuşdu.
Azərbaycanlı ekspertlərin fikirincə, son günlər baş verən hadisələr fonunda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müvəqqəti sədrlik edən Ermənistanın baş naziri Nikol Paşinyan, eyforiyaya qapılıb və verdiyi qərarların məsuliyyətini dərk etməyəcək dərəcədə qərarlar verir.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN