Gürcüstanın dövlət sərhədini qanunsuz keçməkdə təqsirləndirilən eks prezident Mixeil Saakaşvilinin məhkəmə prosesi keçirilir.

Məhkəmə iclasında Mixeil Saakaşvili şəxsən iştirak edir. Bugünki prosesdə eyni iş üzrə təqsirləndirilən şəxslər - Elquca Çomaia, Şalva Cocoria, Zurab Cocoria və Giorgi Narimanidzenin də məhkəmə iclasında dinlənilməsi nəzərdə tutulub. Məhkəmədə Mixeil Saakaşvilinin ailə üzvləri, qardaşı Giorgi Saakaşvili və anası Giuli Alasaniya, həmçinin, bəzi ictimai-siyasi şəxslər iştirak edirlər. Xatırladaq ki, sabiq dövlət başçısı ötən ilin sentyabrın 28-də Gürcüstana qeyri-qanuni yolla daxil olub və oktyabrın 1-də Tbilisidə saxlanılıb. Mixeil Saakaşvilinin ölkə sərhədini qanunsuz keçməsi faktı ilə bağlı istintaq oktyabrın 1-dən başlayıb.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN