...Qazaxıstanda baş vermiş iğtişaşlarda ölənlərin sayı dəqiqləşdirilib-225 nəfər! "Ria Novosti"  xəbər verir ki, bu barədə Qazaxıstan Baş Prokurorluğu məlumat yayıb. Ölənlərin 175 nəfəri tibb müəssisələrində dünyasını dəyişib. Onlar arasında 19 polis və hərbçi var. Məlumatda, həmçinin 4 578 insanın yaralandığı deyilir. Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin ilk günlərində başlayıb. Daha sonra ölkənin qərbindəki Janaozen və Aktau şəhərlərinin sakinləri maye qazın qiymətinin iki dəfə artırılmasına qarşı çıxıblar, sonra etirazlar digər şəhərlərə də yayılıb.

Beynəlxalq təşkilatlar bu hadisəni sərt qınayıb və hazırda nüstəqil komissiyalar bu ölüm faktları üzərində işləyir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN