Tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İB-nin sədri Mirvari Qəhrəmanlı neft sənayesi ictimaiyyəti üçün diqqəti çəkəcək paylaşım edib... M.Qəhrəmanlı olduqca vacib bir məsələyə toxunub: "Utanın! Bu il Apşeron yatagının istismarı başlayır. Bununla əlaqədar Neft Daşlarındakı yataqxanalarda 150-ə yaxın otaq TOTAL-ın işçilərinə verilir. Həmin otaqlarda yaşayan işçilər isə otaqlardan bayıra atılır. Öz işçisini yataqxanada yaşadığı otaqdan məcburi çıxarıb ,TOTAL şirkətinin işçilərini yerləşdirən, hüququnu tələb edən işçilərinə hörmət etməyən, onları diskrinimasiyaya məruz qoyan SOCAR vəzifəliləri cəzalanmalıdır! Ayıb olsun! Yataqxanadakı otaqlarından qovulan işçilər yazır: "Neft daşlarında "Q"korpusunda qalan fəhlələri bu gün otağlarından çıxardılar ki, qazma gəlib biz qaldığımız otaqlara yerləşsinlər. Bu nə deməkdir, bunun adı nədir? Gələni başqa otağa yerləşdirsinlər də, orda qalanı niyə çıxardırlar? Həmin otaqlarda hər sexdən işçi var... 1-ci mərtəbəni 2-ci mərtəbəyə boşaldıblar, hər otağa 4-5 nəfər. İndi də 2-ci mərtəbəni boşaldırlar. Amma harda yerləşməyimiz qalıb Allaha. Səbəb odur ki, 250-300 nəfər qazmanın işçiləri gəlir. Əgər bizim yerləşməyimiz üçün otaq varsa,  gələn işçiləri ora yerləşsinlər də. 10 il -20 il bir yerdə, bir otaqda qalanları niyə çıxardırlar otağından? Soruşanda ki, harda qalaq? Cavabları olur ki, otaq tapın özünüzə. Fikirləşirik ki, işdə olmayan yoldaşımızın pal- paltarını, ərzağını neynəyək.? Qalmışıq çıxılmaz vəziyyətdə...".
Mirvari Qəhrəmanlı sonra yazır: "...SOCAR vitse-Prezidentləri olan  cənab Bədəl Bədəlov, Yaşar Lətifov, sayələrində vəzifə tutduğunuz bu işçilərə cavab verin!"
Bəli, yersiz gəldi, yerli qaç! Özümüzünkünə-yerli işçiyə qarşı bu hörmətsizliyin adı qonaqpərvərlikdirsə, Allah kəssin belə qonaqpərvərliyi...
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN