...20 yanvara cəmi 3 gün qalıb... Amma ilin-günün bu vədəsində Təhsil Nazirliyinin dərsliklərimizə nəzarət edən, vəzifə tutan, pul qazanan milli məmurlarının aşağıdakı dəsti-xəttinə nəzər yetirin... Tanıınmış jurnalist Murtuza Bünyadlının fb səhifəsində bu gün paylaşdığı bu məlumat necə də qanımızı qaraltmasın??? "İştirakçısı olduğumuz hadisələrin gözümüz qarşısında həyasızcasına saxtalaşdırılması... dördüncü sinif rus bölmələrinə keçirilən "Rus dili" dərsliyində Azərbaycan tarixinin şanlı səhifəsi olan və dünyaya bir sülhsevər və əliyalın olaraq sovet qoşunlarının işğalına qarşl dinc aksiyanın 20 YANVARda sovet-rus qoşunlarının xalqımıza tutduğu amansız vəhşilik tamamilə təhrif olunaraq təqdim edilib . Və bu da gələcık nəsillərə tam yalnış formada çatdırılır. Özü də Azərbaycan Təhsil Nazirliyinin hazırladığı kitabda....
Guya həmin gün sovet-rus qoşunları faciədən xalqı xilas edib ...Və AXC döyüşçüləri ilə Bakı küçələrində silahlı toqquşması və döyüşü nəticəsində 170 nəfər ölüb, 400 nəfər yaralanıb. Əhsən belə bir dərsliyi hazırlayan dövlət qurumuna... Hansı ki, o zaman insanlar sovet-rus qoşunlarının şəhərə girib qanlı olaylar törətməməsi üçün əliyalın dinc aksiyalar keçirib. Hətta şəhərdə istənilən və gözlənilən təxribatların qarşısını almaq üçün AXC və aksiya iştirakçılarından ibarət dəstələr yaradılıb...
Çünki artıq SSRİ KQBsi Azərbaycan xalqının erməni faşizminə və işğalına qarşı qoyduğu vahid və qətiyyətli mövqeyi qırmaq üçün yanvarın 13-dən etibarən Bakıda süni iğtişaşlar yaratdı... Xalqın diqqətini Qarabağdan yayındırmaq üçün... Dərslikdə qeyd edildiyinin əksinə olaraq,  AXC və milli-azadlıq hərəkatının üzvləri hər vəchlə erməni maraqlarına xidmət edən Moskvanın və hakimiyyətin bu iğtişaşların qarşısını almağa çalışırdı. Bax beləcə öz əlimizlə heç də uzaq olmayan tariximiz gözümüz qarşısında saxtalaşdırılır".
Sözün bitdiyi yer...
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN