...Bu yaxınlarda "Təzadlar"da dərc edilmiş bir araşdırma yazısında ölkədə təkrar cinayət törətmişlərin ümumi məhkumlar arasındakı xüsusi çəkisi ortaya qoyulmuşdu...

Məlum olurdu ki, ümumi məhkumların təxminən 60 faizi təkrar cinayət törədənlərdir... Və Dövlətimiz humanistlik edərək onlara amnistiya verir, yaxud onlar əfv olunurlar, amma sonradan yenidən cinayət törədib geri-həbsxanaya qayıdırlar...

Bu dəfə isə Amnistiya Aktının təsiri altına düşən məhkumlardan 3411 nəfərinə və ya 60%-nə Amnistiya Aktı tətbiq edilib. Bunu Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin (PX) rəisi, ədliyyə general-leytenantı Ceyhun Həsənov PX-nin Baş idarəsində 2021-ci ildəki fəaliyyətin yekunlarına dair videokonfrans formatında əməliyyat müşavirəsi zamanı deyib. Bildirilib ki, onlardan 2704 məhkum azad olunmuş, 707 məhkumun cəza müddəti azaldılıb.

 Əlbəttə, cinayətdən kimsə sığortalanmayıb, amma bunu bilərəkdən, məqsədli şəkuldə törədənlər də az deyil. Belələrinə əfv və ya amnistiya tətbiqi yaxşıdır, lakin nəticə çıxarıb islah olunurlarmı??? Sual budur...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN