...Azərbaycanda vəzifə tut, sonra Ali Qanunverici orqanda deputat olub korrupsiyaya qarşı mübarizə haqqında qanunlara səs ver, Azərbaycanın pullarını mənimsə, sonra xaricə daşı və...

Bu nağıl deyil, TV-lərdə daim korrupsiya əleyhinə danışan Azərbaycanlı deputat Cavanşir Feyziyevin Böyük Britaniyadakı əməllərinin kiçik bir hissəsinə dair girişdir. Budur, dünən Londonun Westminster Magistrates məhkəməsinin hakimi "Regents" parkına baxan malikanəsi olan bir ailəyə daxil üç milyonçunun ölkəyə qanunsuz gətirdiyi pulun "çirkli pul" olması səbəbilə, onların bank hesablarında depozitdə olan 5,6 milyon funt-sterlinqi Britaniyanın Milli Cinayət Agentliyinə müsadirə etmək tapşırığı verib. Bu barədə iqtisadçı-alim Qubad İbadoğlu İngiltərə mediasına istinadla facebook hesabında yazıb. Verilən informasiyaya görə, müsadirə olunan vəsait azərbaycanlı dərman maqnatı və deputat Cavanşir Feyziyevin həyat yoldaşı Pərvanə Feyziyevaya, oğlu Orxana və qardaşı oğlu Elman Cavanşirə məxsusdur. Ailə üzvlərinin hamısı iddia edirdi ki, onların sərvətləri Cavanşir Feyziyevin qanuni biznes fəaliyyətindən əldə edilib və o, "Regents" parkının yanındakı "Kamberland terras"da ailəsinin bir neçə milyon funt-sterlinq dəyərində olan evinin də pulunu oradan ödəyib. Lakin Westminster Magistrates məhkəməsinin hakimi Con Zani üçlüyün dondurulmuş bank hesablarında saxlanılan 15,3 milyon funt-sterlinqin 5,6 milyonun müsadirə olunmasına dair qərar çıxarıb. Müsadirə olunan pulun böyük hissəsi, 4,4 milyon funt-sterlinqi xanım Feyziyevaya məxsusdur. Cavanşir Feyziyevin oğlu Orxanın 1 milyon funt-sterlinqi, qardaşı oğlu Elmanın da 240.000 funt-sterlinqi müsadirə ediləcək. Bu cinayət araşdırması tam yekunlaşmadığına görə depozitdə qalan vəsait bütüövlükdə dondurulub, malikanəyə də əl qoyulub.

*** 

İndi sual olunur: korrupsiyaya qarşı mübarizə aparmalılarımız korrupsiya bataqlığında boğulursa, Azərbaycanın pullarını-sərvətini erməni işğalından azad olunmuş Qarabağın bərpasına deyil, London büdcəsinə dəstək üçün səfərbər edirsə, başqa nə deyək???

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN