...Deyəsən, Ramiz Mehdiyev "xəmir"i hələ çox su aparacaq... Tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli bu mövzuda maraqlı araşdırmasını paylaşıb. Jurnalist yazır: "O zamanlar AMEA-da Rasim Ağasiyev var idi. Hansı ki, zamanında Ramiz Mehdiyevin pasport və qeydiyyat şöbəsində işləyən qaynı Levan Qurskaya Yuriyeviçlə birləşib birbaşa ermənilərin Azərbaycan və rus adı ilə Azərbaycandan köçməsinə xidmət ediblər".
İttihamın müəllifi bildiyiniz kimi, AMEA-nın işlər idarəsinin sabiq müdiri, keçmiş nəqliyyat nazir Ziya Məmmədovun qardaşı Elton Məmmədovdur. İttiham ağır ittihamdır, söhbət sənədlərin saxtalaşdırılmasına gedir, onu araşdırmaq hüquq mühafizə orqanlarının üzərinə düşür. Deməli, bu mövzu hələ ötən il ictimailəşəndən sonra Rasim Ağasiyev AMEA-nın Hüquq və kadrlar idarəsinin rəisi vəzifəsindən azad edildi, ümumiyyətlə, AMEA-dan uzaqlaşdırıldığı barədə məlumat yayıldı. Halbuki Ramiz Mehdiyev söz-söhbəti yatırmaq üçün Rasım Ağasiyevi AMEA-nın bir küncündə, belə demək mümkünsə, "gizlədib".
*** 
...Ramiz Mehdiyev təsadüfi "alim olmuş" keçmiş "pasportstol" rəisini AMEA-nın İnsan Hüquqları İnstitutunda yerləşdirib və "ƏCNƏBİLƏRIN HÜQUQLARI VƏ MİQRASİYA" bölməsinə rəhbər təyin edib. http://huquq.org.az/.../the-rights-of-foreigners-and.../
Bu strukturun fəaliyyəti Azərbaycan Respublikasında yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının Konstitusiyasında və milli qanunvericilikdə təsbit edilmiş hüquq və azadlıqları ilə bağlı, həmçinin miqrasiya proseslərində mövcud olan problemlərin elmi əsaslarını araşdırıb təhlil etmək və bu sahədə elmi tədqiqat işlərini aparmaqdan ibarətdir. İNSAH HÜQUQLARI ÜZRƏ ELMİ TƏDQİQAT İŞLƏRİ..! Əsl "akademik" işdir. Rasim Ağasiyev "Femida Hüquqi Yardım" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisidir, onun hüquqi qeydiyyatda olduğu ünvanda "Aygün" kiçik müəssisəsi və "İmpeks" LTD qeydiyyatdan keçib. Qardaşı Akif Ağasiyev "Semaşko"nun yanında 18 mərtəbəli binanın tikintisini həyata keçirmiş "TİKİŞÇİ" MƏNZİL TİKİNTİ KOOPERATİVİnin təsisçisidir.
*** 
...Doğrudan da, bu məsələlər olduqca qəlizdir, ciddidir, araşdırılıb nöqtələnməlidir. Axı ortada Azərbaycan elminin vaxtı itirilir, başı qatılır...
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN