“OpenDemocracy”nin Rəqəmsal İnformasiyalar meneceri Martina Andretta Asif Mərziliyə yazdığı məktubuna

mühafizəkar deputat Bobb Bləkmanın Böyük Britaniyanın keçmiş xarici işlər naziri Dominik Raaba işğalçı Ermənistana qarşı Qarabağda apardığı müharibəsi ilə əlaqədar Azərbaycanın tərəfini tutmağa çağırması, İcmalar Palatasında 4 vəsatət qaldıraraq varisi - yeni nazir Elizabet Trassa məktub yazaraq onu Azərbaycanla əlaqələri gücləndirməyə səsləməsi və s. barədə mühüm xəbərləri əlavə edib…

Böyük Britaniyada yerləşən “OpenDemocracy” (“Açıq demokratiya”) Beynəlxalq Həftəlik Xəbərlər Bülleteninin rəhbərliyindən “Təzadlar” qəzetinin Baş redaktoru, Avropa Mətbuat Federasiyasının üzvü Asif Mərziliyə məktub göndərilib. Məktubda deyilir:

“Hörmətli Asif Mərzili

Sizə göndərdiyimiz eksklüziv reportajda yüksək rütbəli mühafizəkar deputat Bobb Bləkmanın Azərbaycanın xeyrinə apardığı təbliğatından necə öyündüyü, eləcə də  Azərbaycan səfirliyi tərəfindən də bu təbliğatın aparılmasına dəstək verilməsi,  bundan Böyük Britaniya hökumətində lobbiçilik etmək üçün istifadə etməsi barədə məlumatları açıqlayırıq. Adı çəkilən siyasətçinin də dediyi sitatda bildirilir: "Mən müntəzəm olaraq Azərbaycandakı yaxşı dostlarımız adından lazımi vəzifələri ortaya qoyaraq həyata keçirirəm".

Qeyd edirik ki, mühafizəkar deputat Bobb Bləkman 2011-ci ildən bəri Azərbaycana 10 minlərlə funt-sterlinqlə dəyərləndirilən 7 pulsuz səfər edibdir. Ən son üç səfərin xərcini isə Azərbaycanın Londondakı səfirliyi ödəyib. 2020-ci ildə o, o vaxtkı xarici işlər naziri Dominik Raabı Qarabağ regionu ilə bağlı Ermənistanla apardığı qanlı müharibəsində Azərbaycanın tərəfini tutmağa çağırıb. Bundan başqa o, İcmalar Palatasında hakimiyyətin diqqətinə 4 vəsatət qaldırıb və xarici işlər naziri Dominik Raabın varisi olan yeni nazir Elizabet Trassa məktub yazaraq onu da Azərbaycanla əlaqələri gücləndirməyə çağırıb.

Çox sağ olun!

Hörmətlə;

Martina Andretta,

 

Xatırladaq ki, Xanım Martina Andretta, həmçinin məktubuna Azərbaycana aid həftəlik bülletendəki bəzi mühüm məlumatları da əlavə edib. Bu məlumatlar bülletenindən məlum olur ki, ”…deputat Bobb Bləkman Azərbaycanın xeyrinə olan təbliğatı yüksək səviyyədə dəstəkləyib və bununla həmişə öyünüb. Harrow East üzrə millət vəkili və Azərbaycan Ümumi Partiya Parlament Qrupunun (APPG) sədri Bobb Bləkman deyib: “Mən müntəzəm olaraq Azərbaycandakı yaxşı dostlarımızın adından ortaya ədalətli mövqelər qoyuram…”. Deputat Azərbaycan-Ermənistan sərhədində baş verən şiddətli toqquşmaları müzakirə etmək üçün “Gözdən Gözə” podkastında çıxış edərkən Azərbaycan APPG-nin sədri kimi öz fəaliyyəti barədə səmimi danışıb. O, deyib ki, hər iki tərəf atəşkəsi pozmaqda bir-birini ittiham edir, amma iyulun 12-də şiddətli döyüşlər başlayanda o bəyan edib: "Mənə dərhal bununla bağlı Azərbaycanın Böyük Britaniyadakı səfirliyi vasitəsilə dəqiq məlumatlar çatdırılırdı, buna görə də Səfirlik əməkdaşları hərbi əməliyyatlar başlayandan bəri olduqca faydalı iş gördülər, çox fəal oldular. Biz bacardığımız qədər çox dəqiq və dürüst məlumatları mübadilə edirdik…".

 Britaniyalı deputat Bobb Bləkman Azərbaycanlı deputat Cavanşir Feyziyev haqqında hansı mühüm məlumatları yayıb?

 Bülletenin məlumatında daha bir vacib məqam yer alıb: məlum olur ki, “…Deputat Bobb Bləkman yüksək səviyyəli azərbaycanlı xadimlərdən, o cümlədən azərbaycanlı deputat Cavanşir Feyziyevdən bir sıra brifinqlər alb. C.Feyziyev  ailəsinin bank hesablarından 5,6 milyon funt sterlinq yuyulmuş pulun müsadirə olunmasını kimi yüksək səviyyəli məhkəmə işinin mərkəzində olub. 2010-cu ildən deputat olan Bləkman, hətta azərbaycanlı deputatın şübhəli vəsaitlərlə əlaqəsi olub- olmaması ilə bağlı şübhələrin artdığı bir vaxtda İcmalar Palatasında Feyziyevi qonaq qəbul edib. Bazar ertəsi “Westminster Magistrates” Məhkəməsi Feyziyevin ailə üzvlərinin Böyük Britaniya bank hesablarında saxlanılan 5,6 milyon funt-sterlinq pul vəsaitinin çirkli pulların yuyulması sxeminə aid olmadığı qənaəti ilə müsadirə edilməməsinə qərar verib… Feyziyev və ailəsi heç bir şəxsi qanun pozuntusunda iştirak etməyiblər. Lakin hakim müəyyən edib ki, “Azərbaycanın bəzi oliqarxları ilə Feyziyevin təsis etdiyi “Avromed” MMC-nin rəhbərliyində olanlar arasında qeyri-sağlam, korrupsioner əlaqələr olub. “Transparency İnternational UK” antikorrupsiya qrupundan “openDemocracy”ə bu mübahisəli məsələ ilə bağlı maraqlı açıqlama veriblər”, -deyə Bülletenin məlumatında yazılır.

 Bülleten yazır: “…Deputat Bləkmən “openDemocracy”nin təkrar şərh sorğularına cavab verməyib. Amma C.Feyziyev bu həftə “openDemocracy”ə deyib: “Mən qəti şəkildə təkrar edirəm ki, nə mən, nə də mənim ailə üzvlərim heç bir ölkədə heç bir qanunsuz hərəkətdə iştirak etməmişik – bu məsələ dinləmənin ilk günündə NCA (Milli Cinayət Agentliyi) tərəfindən vurğulanmışdır. Və Bölgə Hakimi Con Zani öz qərarında bunu qeyd edib… Azərbaycanlı deputat C.Feyziyev əlavə edib ki, ailəsinin Böyük Britaniyadakı bank hesablarında olan vəsait “tamamilə qanuni mənbədən” gəlib”.

Xatırladaq ki, “openDemocracy”ilə “Təzadlar”ın informasiya əməkdaşlığına Medianın İnkişafı Agentliyinin də böyük dəstəyi vardır, bunu qeyd etməyi vacib bilirik. Redaksiya “openDemocracy”lə Azərbaycanın milli maraqlarına xidmət edən informasiya əməkdaşlığını yeni spektrdə davam etdirmək niyyətindədir.

TƏQDİM ETDİ: JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN