Ermənistanın mənfur işğalçılıq siyasətinin qurbanı olmuş girov və əsir düşmüş azərbaycanlıların sonrakı taleyi təəssüf doğurur.

Azərbaycan əsir və ya girov düşmüş erməniləri sağsalamat Ermənistana təhvil verdiyi halda, Ermənistanın keçmiş rəhbərliyi, xüsusən də Koçaryan və Sarkisyan Azərbaycanlı girovları işgəncə verdikdən sonra öldürərək kütləvi məzarlıqlarda basdırmışlar. Təsadüfi deyil ki, “Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə bir neçə kütləvi məzarlıq tapılıb”, -deyən xarici işlər naziri Ceyhun Bayramov deyib ki, söhbət burada minlərlə insanın qalıqlarından getmir: "Ancaq ən azı bəlli sayda insan qalıqları tapılıb. Azərbaycan qısa müddət ərzində bunları işğaldan azad edilmiş ərazilərdə müəyyən edib tapa bilirdisə, deməli, həmin işləri törətmiş erməni tərəfi bu barədə çox məlumatlıdır, bələddir. Ona görə də Ermənistan Xarici İşlər Nazirliyinin itkinlərlə bağlı məntiqsiz izahatlarının heç bir əsası ola bilməz. Əminik ki, beynəlxalq ictimaiyyət və dünya dövlətləri də bunu qəbul etməyəcək. Azərbaycan tərəfi də bu istiqamətdə fəaliyyətini davam etdirəcək".

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN