Niderland xarici işlər naziri Vopke Hoekstra Ukraynadakı vətəndaşlarını bu ölkəni tərk etməyə çağırıb.

“RİA Novosti” agentliyinin verdiyi məlumata görə, Niderland XİN başçısı deyib ki, artıq Ukraynada vəziyyət son günlər daha da pisləşib və təhlükəsizliklə bağlı vəziyyət narahatlıq doğurur.

V. Hoekstra müttəfiqlərlə məsləhətləşmədən sonra bu addımı atmağa qərar verdiyini nəzərə çatdırıb: “Bütün niderlandlıları Ukraynanı tərk etməyə çağırıram. Ukraynadakı Niderland səfirliyinin əməkdaşlarının əksəriyyəti də bu ölkəni tərk edir”.

Xatırladaq ki, Belçika, Finlandiya, Yeni Zelandiya, Çernoqoriya, Şimali Makedoniya və Avstriya da Ukraynadakı vətəndaşlarını bu ölkəni tərk etməyə çağırıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN