Böyük Britaniyanın xarici işlər naziri Liz Trass təlimlər başa çatdıqdan sonra Rusiya qoşunlarının daimi dislokasiya yerlərinə qayıtmağa başlamasına baxmayaraq, Rusiyanın Ukraynanı “işğalını” “highly likely” (yüksək ehtimal) adlandırıb.

Xatırladaq ki, daha əvvəl Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov jurnalistlərə bildirib ki, Rusiya Federasiyasının Cənub və Qərb hərbi dairələri təlimlərdən sonra qoşunlarını öz yerləşdikləri yerlərə qaytarmağa başlayıblar. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Kiyev Rusiya qoşunlarının Ukrayna sərhədindən çıxarılmasını görəndə sərhədlərdə təhlükəsizlik vəziyyətinin azaldılmasına inanacaq.

"Mən sizin haqqında danışdığınız hesabatları görməmişəm (geri dönən qoşunlar). Son kəşfiyyatımız göstərir ki, tezliklə “işğal” baş verə bilər. Bu, böyük ehtimaldır (highly likely), biz yüz minlərlə əsgərin sərhədə çəkildiyini görmüşük

Bu arada, Rusiya hökuməti Ukraynanı işğal etmək planlarının olmadığını iddia edir, lakin biz bunun doğru olduğunu göstərmək üçün, qoşunların tam miqyaslı çıxarılmasını görməliyik”, - deyə Trass LBC radiosuna bildirib.

Qeyd edək ki, Rusiya  uzun müddətdir ki, Qərb tərəfdaşlarından NATO-nun Şərqə doğru genişlənməsindən, o cümlədən Ukraynanın ona daxil olmasından imtina, həmçinin ciddi hücum silahlarının, xüsusən də nüvə silahlarının yerləşdirilməsinə məhdudiyyətlərin qoyulması barədə hüquqi zəmanət tələb edir.

Lakin NATO-nun verdiyi cavab Rusiyanı qane etməyib.  Və tərəflər bir-birini hələ ki, söz atəşinə tutublar...

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN