Mixeil Saakaşvili ölkə prezidenti Salome Zurabişviliyə açıq məktub ünvanlayıb.

Belə ki, Saakaşvilinin açıq müraciəti rəsmi facebook hesabı vasitəsilə yayımlanıb. Saakaşvili bildirir ki, müraciət həbsdə saxlanılan general, Temur Canaşia ilə bağlıdır: "Salome xanım, sizə ilk dəfə məktubla müraciət edirəm və bu əfv istəyi deyil. Mənim əfv ediləcək heç bir qanun pozuntum yoxdur, çünki qanunu pozmamışam. Mənim haqqımda çıxarılan bütün qərarların əsası yoxdur. Mənim günahsız olduğumu gec və ya tez Strasburq məhkəməsi üzə çıxaracaq. Haqqımda irəli sürülən ittihamları heç bir Avropa ölkəsi və sivilizasiyası qəbul etmir. Konstitusiyaya və qanunlara əməl etsəniz, bütün həyatı boyu Gürcüstanda xidmət etmiş çox layiqli generalı, 11 illik həbsxanadan, böyük ailəsini səfalətdən, özünün və başqalarının övladlarının bu ölkədə, sədaqət, ədəb-ərkan, qanuna tabe olmaq cəzalandırılır hissindən xilas etmiş olarsınız. Düşündüm ki, açıq məktub yazmaq düzgün olardı ki, ictimaiyyət bədnam işlərin ətrafında baş verənlərdən tam xəbərdar olsun. Televiziyada gördüm ki, Prezident Administrasiyasına gələn qonaqları şampanla qarşılayırsınız. Mən və Canaşiya indi mühakimə olunduğumuz kimi, müddətiniz bitdikdən sonra mühakimə olunmayacağınıza zəmanətiz varmı?!", - deyə Saakaşvilinin məktubunda bildirlir.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN