Ukrayna ilə Rusiya arasında gərginlik artdıqca ABŞ-la Rusiya arasında da soyuq müharibə qızışır...

Bu məqamda Fransa Prezidenti Emmanuel Makron Rusiya lideri Vladimir Putinlə ABŞ prezidenti Co Bayden arasında zirvə görüşünün keçirilməsini təklif edib və hər iki tərəf bunu qəbul edib. Bu barədə rəsmi Paris bəyanat yayıb.

"Makron həmkarları Bayden və Putin arasında Avropada təhlükəsizlik və strateji sabitlik üzrə sammit keçirməyi təklif etdi. Prezidentlər Bayden və Putin belə bir sammit ideyasını qəbul etdilər", - deyə bəyanatda deyilir. Qeyd olunur ki, sammit yalnız Rusiya Ukraynaya təcavüz etməzsə baş tuta bilər. Sammitin gündəliyi ABŞ dövlət katibi Entoni Blinken və Rusiyanın xarici işlər naziri Sergey Lavrov tərəfindən fevralın 24-də keçiriləcək görüşdə hazırlanacaq. Ağ Evin mətbuat katibi Cen Psaki ABŞ Prezidenti Co Baydenin rusiyalı həmkarı Vladimir Putinlə görüşməyə razı olduğunu bildirib.

Dünya dövlətlərinin bu görüşdən çox gözləntiləri var...

A.Məmmədli
 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN