Ukrayna-Rusiya cəbhəsində baş verənlər dünyanı qarışdırıb...

Türkiyə də Rusiyanın son addımını qəbuledilməz saydı... “Türkiyə Rusiyanın "Donetsk və Luqansk Xalq Respublikalarının" müstəqilliyini tanımaq qərarını qəbuledilməz hesab edir", -deyə ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Qeyd olunur ki, Rusiya Federasiyasının qondarma “xalq respublikaları”nın tanınması barədə qərarı Minsk razılaşmalarının pozulması ilə yanaşı, Ukraynanın siyasi birliyinin, suverenliyinin və ərazi bütövlüyünün açıq şəkildə pozulmasıdır. “Biz Rusiyanın bu qərarını qəbuledilməz hesab edirik və onu rədd edirik”, - XİN-in bəyanatında deyilir.

Türkiyənin bu sərt qərarına Rusiya XİN-dən hansısa reaksiya hələki yoxdur.

Xatırladırıq ki, dünyanın, xüsusən də Avropa dövlətləri birmənalı olaraq Rusiyanın bu qərarını pisləyib.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN