Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası az əvvəl ölkənin bütün ərazisində,

- Donetsk və Luqansk vilayətlərini çıxmaqla, - fövqəladə vəziyyət rejiminin elan edilməsini qərara alıb. Bu barədə Şuranın rəhbəri Aleksey Danilov bəyan edib.

O, qeyd edib ki, Donetsk və Luqansk vilayətlərində fövqəladə vəziyyət rejimi 2014-cü ildən tətbiq olunub. “Fövqəladə vəziyyət rejimi bizim həyatımıza heç bir radikal təsir göstərməyəcək, situasiya maksimal korrekt şəkildə nizamlanacaq”, - o deyib.

 

Daha əvvəl isə prezident Volodimir Zelenski Ukraynada hərbi səfərbərlik elan edib, ordunun operativ ehtiyatında olan hərbi qulluqçuların orduya çağırılması prosesini başladıb. Ukraynanın Dövlət Sərhəd Xidməti isə ölkənin Belarusla həmsərhəd rayonlarına xüsusi buraxılış rejimi tətbiq edib. Bu, sərhədin həmin istiqamətində vəziyyətin gərginləşməsi və Rusiya ordusunun Belarus ərazisindən gözlənilən hücumu ilə bağlıdır.

ABŞ və Qərb dövlətləri isə hələki şokdadır, ciddi müzakirələr gedir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN