"İşğalçıların bütöv bir taqımı Çerniqov yaxınlığında Ukrayna Silahlı Qüvvələrinə təslim oldu"

"Təzadlar" "Ukrainskaya pravda"ya istinadla bildirir ki, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı özünün Facebook səhifəsində belə bəyan edib. “Rus işğalçıları Ukrayna müdafiəçilərinin tam müqaviməti qarşısında büdrəyərək təslim oldular. 74-cü motoatıcı briqadanın bütöv bir kəşfiyyat tağımı Çerniqov yaxınlığında təslim oldu". Və Zalujnı Kemerovo vilayətindən olan 74-cü motoatıcı briqadadan mayor Buiniçev Konstantin Sergeeviçdən sitat gətirərərk bildirib ki, rus hərbçiləri Yelnyada təlimlərdə idilər və çərşənbə günü onlar Ukraynaya hücumdan xəbər tutdular və evlərinə qayıdacaqlarını düşünürdülər. "Heç kim düşünmürdü ki, biz kimisə öldürəcəyik. Biz döyüşmək fikrində deyildik, məlumat toplayırdıq", - əsir düşən Rusiya kəşfiyyatçısı deyib.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN