ABŞ hökuməti lazım gələrsə, Vladimir Zelenskini Kiyevdən təxliyə etməyə hazırdır, lakin Ukrayna prezidenti bundan imtina edib. Bu barədə "The Washington Post" Amerika və Ukrayna mənbələrinə istinadən məlumat yayıb. Nəşrin yazdığına görə, “ABŞ və Ukrayna rəsmilərinin fikrincə, ABŞ hökuməti Rusiya qüvvələrinin irəliləməsi yolu ilə tutulma və ya sui-qəsddən qaçmaq üçün Ukrayna prezidenti Vladimir Zelenskiyə Kiyevi tərk etməyə kömək etməyə hazırdır. Amma indiyə qədər prezident getməkdən imtina edib”.
Prezident Vladimir Zelenski iki gün əvvəl Rusiyanın təxribat qruplarının Kiyevə daxil olduğunu və Rusiyanın dövlət başçısı Zelenskiyə sui-qəsd planlaşdırdığını bildirmişdir.
AQ.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN