Bu gün gecə ABŞ prezidenti Co Baydenin administrasiyası Ukraynaya maliyyə yardımı və ən son silahların verilməsi ilə bağlı imzaladığı qərarı federal aktlar reyestrində qeydə alıb.

Sənədin mətni mediada yayımlanıb... Yeni yardım paketinin ümumi dəyəri 600 milyon ABŞ dolları təşkil edir, o, 2 hissəyə bölünür.
350 milyon dollar silah, hərbi texnika və sursat daxil olmaqla, “təhlükəsiz dəstək” formasında, habelə lazım gəldikdə təhlükəsizlik xidmətləri (o cümlədən təlimlər) şəklində veriləcək. Qərarda müdafiə ləvazimatlarının hansı maddələrlə təmin olunacağı göstərilmir. Məlumdur ki, Ukrayna digər məsələlərlə yanaşı, əvvəllər də ABŞ-a raket əleyhinə müdafiə sisteminin təmin edilməsi ilə bağlı sorğu göndərib.
"Təzadlar" xatırladır ki, daha 250 milyon dollar “ABŞ-ın təhlükəsizlik maraqları üçün vacib hesab edilərsə” məqsədli geri qaytarılmayan maliyyələşdirmə şəklində təqdim olunacaq. Praktikada bu, çox güman ki, bu vəsaitlərin hansı məqsədlə xərclənməsi barədə ABŞ-la razılaşmaq zərurəti demək olacaq. Əvvəllər bu cür dəstək, xüsusən də Ukraynanın ABŞ-a ixrac lisenziyası aldığı və ya almaq üzrə olduğu silahların Amerika istehsalçılarından Ukrayna adından alınması üçün istifadə olunurdu. Xüsusilə, məlumdur ki, ABŞ daha əvvəl Ukraynaya “Javelin” tank əleyhinə sistemlər və döyüş sursatları almaq üçün lisenziya verib.
Qeyd edək ki, Ukraynaya əvvəllər hərbi texnikanın çatdırılması aviasiya vasitəsi ilə həyata keçirilirdisə, indi bu marşrut Ukrayna səmasının bağlanması və Rusiya atəşinin hədəfinə çevrilmiş hava limanlarına enmə təhlükəsi səbəbindən mümkün deyil. Bununla belə, Polşa kimi qonşu NATO dövlətlərinə silah çatdırmaq mümkündür...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN