Kiyevin ətrafında-Vasilkov yaxınlığındakı neft anbarında başlanan yanğını söndürmək mümkünsüzdür, çünki hava limanı uğrunda döyüş gedir.

Kiyev Regional Dövlət Administrasiyasının rəhbəri Oleksey Kuleba bu dəqiqələrdə belə məlumat verib... “Vasilkov yaxınlığındakı hava limanı uğrunda döyüş davam edir. Rus qoşunları Vasilkovskaya icmasının Kryaçki kəndindəki neft bazasına raket hücumu həyata keçirib. Böyük yanğın baş verib, hətta Kiyevdən də görünür. Döyüş dayanmır, ona görə də rayonun Fövqəladə Hallar Dövlət Xidməti yanğını söndürməyə başlaya bilmir. İndiyədək yalnız qazın verilişini kəsə bilmişik”.
Qubernatorun sözlərinə görə, yanacaq çəninə birbaşa zərbə olub, bu, ekoloji fəlakətə çevrilə bilər...

Bu arada Ukrayna mediası hərbi mənbələrə istinadla yazır ki, dünən gecə saatlarında çeçenlərdən ibarət bir batalyon məhv edilib... Bildirilir ki, bölmənin məğlubiyyəti zamanı Çeçenistan Milli Qvardiyasının 141-ci motoatıcı alayının komandiri general Maqomed Tuşayev məhv edilib. Bunu bu bölmədən əsir düşən döyüşçü də təsdiqləyib. Ukrayna Xəbər agentliyinin Müdafiə Nazirliyindəki mənbəsinin sözlərinə görə, “Ukrayna Milli Qvardiyası və “Alfa” xüsusi təyinatlı dəstəsi hazırda qalan atıcı silahları sıralayır”.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN