Rusiya qoşunları Ukraynanın Xarkov şəhərinə giriblər.

Bu barədə UNİAN xəbər verir.

Qeyd edilir ki, hazırda ağır döyüşlər gedir.

Regional Dövlət Administrasiyasının rəhbəri Oleq Sinequbov Xarkova Rusiya qoşunlarının girişini təsdiqləyib. “Diqqət! Sığınacaq yerləri tərk etməyin! Ukrayna Silahlı Qüvvələri düşməni məhv edir. Mülki əhalidən xahiş edirik ki, şəhərin küçələrinə çıxmasınlar”, - deyə o yazıb.

"Xahiş edirəm, evdə qalın. Şəhərdə vəziyyət çox gərgindir", - şəhərin meri İqor Terekhov deyib.

Artıq sosial şəbəkələrdə Rusiya qoşunlarının şəhərdəki texnikasının hərəkətini əks etdirən videogörüntülər yayılıb.

Hazırda küçə döyüşləri davam edir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN