İsrail BMT Baş Assambleyasında səsvermə zamanı Rusiyanın Ukraynadakı hərəkətlərini pisləyən qətnaməni dəstəkləyəcək

Bunu İsrail Xarici işlər naziri Yair Lapid xüsusi bəyanatında bildirib.

"Bu gün ya sabah Birləşmiş Millətlər Təşkilatı Rusiyanın Ukraynaya təcavüzünü pisləyən qətnaməyə səs verəcək. İsrail də dünya ölkələrinin böyük əksəriyyəti ilə birlikdə bu qətnaməyə qoşulacaq və səs verəcək", - XİN-in mətbuat xidmətinin yayımladığı bəyanatda bildirib.

Lapid vurğulayıb ki,  İsrail Ukraynaya yardım göstərmək üçün beynəlxalq səylərin bir hissəsi olacaq, çünki bunu mənəvi və tarixi borc tələb edir.

Yaxın günlərdə Ukraynaya üç təyyarə ilə minlərlə yorğan, yataq çantaları, tibbi avadanlıqlar, çadırlar və su təmizləmə sistemləri də daxil olmaqla, böyük humanitar yardım yükü göndəriləcək.

İsrail XİN rəhbəri bildirib ki, İsrail Rusiyaya qarşı elan edilən sanksiyaların mümkün təsirini öyrənir. Bu sanksiyaların İsrailin siyasəti və iqtisadiyyatı üçün təsirlərini öyrənmək üçün idarələrarası qrup yaradılacaq.

Lakin Lapid onu da əlavə edib ki, İsrail yəhudi dövlətinin Suriyada ortaq təhlükəsizlik sərhədinə malik olduğu və bu ölkənin ən əhəmiyyətli hərbi gücü olan Rusiya ilə hesablaşmalıdır:

"Rusiya Federasiyası ilə əməkdaşlıq mexanizmimiz şimal sərhədimizdə İran birləşmələrinə qarşı qətiyyətli mübarizəmizə kömək edir”, - deyə bildirib.

Xatırladaq ki, fevralın 24- ü səhər saatlarından  Rusiya Silahlı Qüvvələri Ukraynada hərbi əməliyyatlara start verib. Rusiya Prezidenti Vladimir Putin bunu Donbassda yaşayan əhalini qorumaq üçün "xüsusi əməliyyat" adlandırıb.

Həmçinin Ukraynaya hücumdan bir neçə gün əvvəl,  Rusiya Prezidenti Vladimir Putin qondarma "Donetsk Xalq Respublikası" (DXR) və "Luqansk Xalq Respublikası"nın (LXR) müstəqilliklərini tanıyıb.

Bu gün Ukraynada həyata keçirilən hərbi əməliyyatların 5-ci günüdür.

Hazırda iki ölkənin nümayəndə heyətləri arasında müharibənin dayandırılması istiqamətində danışıqlar gedir.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN