Ukrayna prezidenti Vladimir Zelenski bu gün martın 1-də bu dəqiqələrdə Avropa Parlamentində Ukraynanın təcili olaraq Avropa İttifaqına qəbulu ilə bağlı çıxış edir...

"Təzadlar" Evropeyskiy Pravda"ya istibnadla bildirir ki, bu barədə Avropa Parlamentinin sədri Roberta Metsola məlumat verib. Zelenskinin çıxışı Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəsinə həsr olunmuş fövqəladə plenar iclas çərçivəsində baş tutub. Bu məsələ ilə bağlı qətnamənin qəbul edilməsi planlaşdırılır.
Çıxış Kiyev vaxtı ilə saat 13:30-da gözlənilirdi və hazırda davam edir... Aİ-nin bütün yüksək səviyyəli rəsmiləri də iclasda iştirak edir - Avropa Şurasının sədri Çarlz Mişel, Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Aİ-nin baş diplomatı Josep Borrell.

***
"Təzadlar" xatırladaq ki, fevralın 28-də Vladimir Zelenski Ukraynanın Aİ-yə daxil olması üçün ərizə imzalayıb. Aİ hesab edir ki, Ukraynanın müraciətinə baxılması proseduru prezident Zelenski üçün vacib ola bilər, çünki bu məsələ Rusiya Federasiyası ilə danışıqlarda potensial olaraq istifadə edilə bilər, Avropa İttifaqı sülh və münaqişənin dialoq yolu ilə həllinə əsaslanan layihədir. Rusiyanın işğalından sonra bir neçə Aİ ölkəsi Ukraynaya üzvlük perspektivinin verilməsini istəyib, Slovakiya isə Ukraynanın Aİ-yə daxil olması üçün xüsusi prosedurun yaradılmasını təklif edib. Bir gün əvvəl Avropa Komissiyasının sədri Ursula fon der Leyen Ukraynanı "bizdən biri" hesab etdiyini və onu Aİ-də görmək istədiyini söyləyib. Buna baxmayaraq, o, Ukraynanın xüsusilə sürətləndirilmiş proqram çərçivəsində Aİ-yə daxil olmaq şanslarının nə olduğunu açıqlamayıb. Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell bildirib ki, Ukrayna açıq şəkildə Avropa perspektivinə malikdir, lakin indi “biz təcavüzlə mübarizə aparmalıyıq”.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN