Ukraynada Xerson şəhəri Rusiya ordusu tərəfindən atəşə tutulub, yaşayış binaları və şəhər infrastrukturu zədələnib.

 Ukrayna KİV-nin məlumatına görə, bu barədə Xerson meri İqor Kolıxayev bildirib.

 O əlavə edib ki, rus qoşunları vağzalı və limanı ələ keçirib, hündürmərtəbəli binalarda yanğınlar baş verib, şəhərdə çoxlu partlayışlar olur.

Lakin Xersonun rəhbəri dinc əhali arasında ölən və yaralananların dəqiq sayını deyə bilməyib.

Rusiya qoşunları Sumı vilayətinin Trostyanets şəhərini də ələ keçirib. Vilayət administrasiyasının rəhbəri Dmitri Jivitskinin sözlərinə görə, şəhərə müxtəlif tərəfdən üç Rusiya kolonu daxil olub və onu tamamilə zəbt edib. Dövlət rəsmisi əlavə edib ki, şəhərdə bütün elektrik xətləri zədələnib, yollar dağılıb. Rusiya Müdafiə Nazirliyi isə mülki hədəfləri atəşə tutmadığını iddia edir.

Jitomirdə özəl sektora aviazərbənin endirilməsi nəticəsində bir neçə yaşayış binası yanıb. Biri uşaq olmaqla, dörd nəfər ölüb. Ukrayna Silahlı Qüvvələrinin 95-ci Hava Desant Hücum Briqadasının bazasına da qanadlı raket atılıb, raket yaşayış binalarına düşüb, nəticədə yanğın başlayıb, xilasedicilər sağ qalanları çıxarmağa çalışır. Həmçinin Jitomir şəhərinin meri Sergey Suxomlinin sözlərinə görə, partlayış yerli xəstəxananın pəncərələrini də uçurub.

Mordoviya rəhbəri Ukraynada daha bir rus hərbçisinin öldüyünü etiraf edib. Həmin şəxsin Çukalı kəndindən olan 40 yaşlı polkovnik Viktor İsaykin olduğu məlum olub. Rusiya Müdafiə Nazirliyi ölənlərin sayını açıqlamasa da, ölənlərin olduğunu etiraf edir, lakin adlarının məlum olmadığını bildirir . Bundan əvvəl, digər vilayətlərin rəhbərləri ölən hərbçilər barədə məlumat vermişdilər - onlar Tatarıstan, Dağıstan və Kalmıkiyadan idilər.

Həmçinin son məlumatlara görə, “Apple” şirkəti də  Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına cavab olaraq, həm Rusiyada məhsullarının satışını dayandırıb, həm də  “Apple Pay” və digər xidmətlərdən istifadəni məhdudlaşdırıb. Bu arada, ABŞ hava məkanını Rusiya aviaşirkətlərinin üzünə bağlayıb.

Amerikanın “Boeing” aviakonserni Rusiyadakı əsas əməliyyatlarını dayandırdığını və Kiyevdəki ofisinin müvəqqəti bağlandığını elan edib. Şirkət, həmçinin Rusiya aviaşirkətlərinin təyyarələrinin komponentlərinin tədarükünü, texniki dəstəyi və texniki xidmətini də dayandırdığını bəyan edib.

Xatırladaq  ki, Rusiyanın əsas aviadaşıyıcısı “Aeroflot”un donanması, əsasən “Boeing 737” və “777” təyyarələrindən ibarətdir.

Qeyd edək ki, “American Express” də sanksiyalara məruz qalan Rusiya bankları ilə əməkdaşlığı dayandırır. “Exxon Mobil” isə  Rusiyada fəaliyyətini dayandırdığını elan edir, həmçinin "Saxalin-1" layihəsindən çıxmaq üçün addımlar atır.

Xatırladaq ki,Ukraynaya qoşun yeridilməzdən bir neçə gün öncə Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının növbədənkənar geniş iclasından sonra Rusiya Federasiyası vətəndaşlarına müraciət edərək, “LXR” və “DXR”-ın suverenliyinin dərhal tanınması barədə qərar qəbul etməyi zəruri hesab etdiyini söylədi. Müraciətdən dərhal sonra prezident Putin Kremldə “LXR” və “DXR”-ni tanıyan fərmanlar imzaladı.

Fevralın 24-ü Moskva vaxtı ilə səhər saat 5:30-da Vladimir Putin  Ukraynada “xüsusi əməliyyat”ın başladığını elan etdi. Və qeyd etdi ki, RF “Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün səy göstərəcək”.

Xatirladaq ki, dünyanın bir çox supergüc dövlətləri Rusiyanı Ukraynada apardığı hərbi əməliyyatlarına görə ağır sanksiyalarla cəzalandırır. Və bu sanksiyalar siyahısı hər gün daha da genişləndirilir.

Amma müharibə hələ də davam edir...

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN