Zaporojye vilayətinin Enerqodar şəhərinin sakinləri Ukrayna bayraqları ilə düşməni şəhərə buraxmamağa hazır olduqlarını nümayiş etdirərək Rusiya qoşunlarının qarşısına çıxıblar...

"Təzadlar" Enerqodar meri Dmitri Orlovun Telegram-dakı videoçıxışına istinadla bildirir ki, o, deyib: "Enerqodar üçüncü dəfədir ki, şəhərin girişində sıx divar kimi dayanaraq işğalçıların girişini bağlayır. Minlərlə insan şəhəri xilas etməyə gəlib. Şüar birdir: "Enerqodar Ukraynadır! Məqsəd budur ki, çağırılmamış “qonaqlar” şəhərə yaxınlaşmasınlar”. 

Belə ki, insanlar Ukrayna Himnini oxuyaraq rus texnikalarını qarşılayıblar. Yerli sakinlər bildiriblər ki, "...işğalçılar Enerqodar ilə Dnepr döngəsi arasındakı yolda nəzarət-buraxılış məntəqəsi qurmaq istəyiblər və şəhərə ən ekstremal yaxınlaşma nöqtəsinin Dnepr döngəsinin yuxarı yolun olduğunu bildiriblər".

Bu arada Ukraynanın aidiyyəti qurumları Yanukoviçin Minskdə olmasını təkzib edib... Üstəlik, Avropa Birliyi Rusiyaya avronun daşınmasını qəti qadağan edib...

A.Məmmədli

P.S.Video bu linkdə:

https://www.pravda.com.ua/rus/news/2022/03/2/7327506/

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN