Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinski bildirib ki, Ukrayna ilə danışıqlarda “Rusiyanın təklifləri” bloku hərbi-texniki, humanitar-beynəlxalq və siyasi hissələrdən ibarətdir.

"Təzadlar" Medinskinin və Peskovun Rusiya dövlət mediasına açıqlamasına istinadla bildirir ki, o, belə deyib: “Ukrayna ilə danışıqlarda Rusiyanın təkliflər bloku 3 hissədən ibarətdir – hərbi-texniki, humanitar-beynəlxalq və siyasi”.
Onun sözlərinə görə, Rusiya-Ukrayna danışıqları saat 14.00-da (Kiyev vaxtı ilə - red.) gözlənilir, onlar Ukrayna nümayəndə heyətini gözləyirlər.
Medinski deyib ki, danışıqlar Brest vilayətində aparılacaq. Bu arada Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kremlin “Ukrayna nümayəndə heyətinin danışıqları uzatdığına” inanmağa əsasları var.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN