Britaniyanın "The Times" nəşri yazır ki, Rusiya-Ukrayna müharibəsinin başlanmasından bir həftə ərzində prezident Vladimir Zelenski ən azı üç sui-qəsd cəhdindən sağ çıxıb...

 Nəşrin məlumatına görə, Ukrayna prezidentini öldürmək tapşırığı ilə ölkəyə iki qrup - PMC Vaqner muzdluları və Kadırovun xüsusi təyinatlıları göndərilib.
Qeyd olunur ki, sui-qəsd cəhdləri müharibəyə qarşı çıxan FSB əməkdaşlarının hərəkətləri səbəbindən baş tutmayıb. Vaqnerə yaxın mənbə nəşrə bildirib ki, onlar Zelenskiyə sui-qəsd zamanı itkilər veriblər. Onlar prezidentin mühafizə xidmətinin əməliyyatlarla bağlı məlumatlılıq səviyyəsini “inanılmaz” hesab edirlər.
Fevralın 26-da Ukrayna Silahlı Qüvvələri Zelenskini məhv etmək məqsədi ölkəyə soxulan Kadırov qrupunu məhv edib...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN