Ukrayna Təhlükəsizlik Xidməti Lutsk aerodromunun vurulması üçün rus qoşunlarına atəş kordinatlarını verən rus casusunu həbs edib...

"Təzadlar" bildirir ki, bu barədə Ukrayna Xüsusi Təhlükəsizlik Xidməti məlumat yayıb. Məlumatda deyilir: "...Əməkdaş 2010-cu ildə sosial şəbəkələr vasitəsilə Rusiya Federasiyası FSB-nin əməkdaşı ilə əlaqə qurub. Rus təhlükəsizlik zabiti Lutskdakı hərbi hissələrlə maraqlanıb. 2011-ci ildə o, Moskvada Rusiya hərbi texnikasına həsr olunmuş sərgidə Rusiya təhlükəsizlik məmuru ilə şəxsən tanış olub. 2022-ci ilin fevralında rus işğalçılarının tammiqyaslı işğalı başlamazdan əvvəl bu cəsus aerodromdakı Ukrayna hərbi təyyarələrinin sayı və növü, hərbçilərin şəxsi məlumatları və onların təfərrüatları barədə məlumatları Rusiya xüsusi xidmət orqanlarına ötürüb. Fevralın 24-28-də o, Lutsk aerodromundan Ukrayna hərbi təyyarələrinin çıxması barədə Rusiya xüsusi xidmət orqanlarına məlumat verib. Bundan əlavə, tutulan xain Rusiya FSB-dən olan kuratoru ilə birlikdə Lutsk hava limanının uçuş-enmə zolağının dağıdılması üçün kordinatları verib. O, “Vətənə xəyanət” maddəsi ilə şübhəli bilinir. Onu 15 illik azadlıqdan məhrumetmə cəzası gözləyir...".

Ukrayna Xüsusi Xidmət Orqanları müharibə başlayan gündən əhalini cəsuslardan ehtiyatlı olmağı, şübhəli şəxslər barədə dərhal aidiyyəti üzrə məlumat verməyi xahiş etmişdi.

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN