Kreslosunu qoyub qaçmış Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç prezident Vladimir Zelenskiyə müraciət edərək, “Nəyin bahasına olursa-olsun qanı dayandırmağa” çağırıb. 

Yanukoviçin müraciəti "RİA Novosti"də yayımlanıb... “Mən Vladimir Zelenskiyə bir prezident kimi və hətta bir az ata kimi müraciət etmək istəyirəm... Mən çox yaxşı başa düşürəm ki, sizin çoxlu “məsləhətçiniz” var, amma şəxsən siz nəyin bahasına olursa-olsun qanı dayandırmağa, sülh razılaşmasına nail olmağa borclusunuz. Ukraynada, Donbassda və Rusiyada bunu sizdən gözləyirlər. Ukrayna xalqı və Qərbdəki tərəfdaşlarınız sizə minnətdar olacaqlar”.
Yanukoviçin bu gün yayımlanan müraciəti faktiki olaraq Ukrayna prezidentinin Putinə təslim olmasına çağırışlıdır... Zelenski isə hələki Yanukoviçin bu müraciətinə cavab verməyib. 

"Təzadlar" xatırladır ki, Ukraynanın Kəşfiyyat orqanları az əvvəl məlumat yaymışdı ki, Yanukoviçi Ukrayna-Rusiya danışıqları üçün Minskə aparıblar və Kreml onu “Ukrayna prezidenti” etmək istəyir. 

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN