Ukrayna prezidenti Volodimir Zelenski hesab edir ki, Rusiya lideri Vladimir Putin informasiya köpüyü içindədir.

O, bu barədə ABC News-a müsahibəsində bildirib.

Zelenskinin sözlərinə görə, Putin Ukraynada başlatdığı müharibəni bitirə bilər.

"Putin informasiya köpüyü içindədir, o, özü başladığı müharibəni bitirə bilər", - deyə Ukrayna prezidenti bildirib.

Zelenski həmçinin əlavə edib ki, onu seçən insanlar təslim olmağa və ultimatumlara hazır deyil.

Ukrayna prezidenti Vladimir Zelenski bir müddət əvvəl vurğulamışdı ki, Ukrayna ukraynalılara sülhə necə gələcəyimizi izah edənə qədər Rusiya ilə danışıqlarda israrlı olacaq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN