Ukrayna-Rusiya cəbhəsindəki ağır döyüşlərdən rus ordusunun artan itkiləri barədə artıq dünya mediası konkret faktlarla yazır...

Putinin, yazıldığı kimi, müharibənin nə ilə bitəcəyini doğru hesablamaması, yaxud, ona yalnış məlumat verilməsi acı nəticələrə gətirib. iqtisadi sanksiyaların ardınca, ordudadkı uğursuzluq yolverilməz idi və Rusiyanın federasiyalara parçalanması ilə nəticələnə bilər... İndi Rusiya muzdluları Ukraynada döyüşə cəlb etmək istəyir. Bəs  nə baş verir?

***

Bu arada sosial şəbəkələrdə Qarabağdakı Rusiya sülhməramlılarının bir qisminin Laçın dəhlizi ilə Azərbaycan ərazisini tərk etdiyinə dair videokadrlar yayılıb. Bu gün martın 9-da səhər saatlarında çəkildiyi bildirilən kadrlarda çoxsaylı “Tiqr” zirehli avtomobillərinin və hərbi yük avtomobillərinin Laçın dəhlizi ilə Ermənistan istiqamətində hərəkəti əks olunur. Belə iddialar var ki, Rusiya sülhməramlı kontingentinin bir hissəsi Ukraynaya göndərilmək üçün Qarabağdan çıxarılır.

 

Bundan əvvəl Rusiyanın separatçı Dnestryanı bölgədəki kontingentinin də bir hissəsini Ukraynaya yeritməyə hazırlaşdığı barədə məlumatlar yayılıb. Ukrayna kəşfiyyatı Dnestryanı bölgə ilə sərhəddə Rusiya hərbi kontingentinin cəmləşdiyini qeydə alıb, amma onların hələlik sərhədi keçmək hazırlıqları müşahidə olunmur.

Hərbi mütəxəssislərin də qeyd etdiyi kimi, Rusiyanın Azərbaycan ərazilərində yerləşdirdiyi sülhməramlı kontingent döyüş qabiliyyəti yüksək hesab edilən Ulyanovsk desant diviziyasının və Yekatrinbuqdakı elitar hərbi hissənin tərkibindən formalaşdırılıb. İndi onlar Qarabağı tərk edir, ermənilər arxasız qalır. Necə deyərlər, "Sənə güvəndiyim dağlar, sənə də qar yağdı".

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN