Ukrayna və Rusiya XİN nazirlərinin görüşü başa çatdı...

Rusiya inadkarlığından qalmaq istəmir. Belə ki, Ukrayna XİN naziri Dmitri Kuleba Türkiyədə ruslarla danışıqlarda irəliləyiş olmadığını bildirib. "Təzadlar" Türkiyə mediasına istinadla bildiri ki, o, danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib ki, onlar heç bir atəşkəs barədə razılığa gəlməyiblər və Rusiyanın xarici işlər naziri Sergey Lavrov Mariupol sakinlərinin təxliyəsi üçün heç bir humanitar dəhliz vəd etmədi. Bununla belə, Ukrayna Xarici İşlər Nazirliyi eyni formatda yeni görüşə hazırdır. Danışıqlarda Kuleba Mariupoldan dinc sakinlərin təxliyyəsi üçün humanitar dəhlizlərin açılmasını və mühasirəyə alınmış şəhərə humanitar yardımın çatdırılmasını istəyib. O, həmçinin ən kritik humanitar məsələlərin həlli üçün 24 saatlıq atəşkəs tələb edib. "Rusiya tərəfindən eşitdim ki, onlar atəşkəs rejimini Putinin Ukrayna ilə bağlı tələblərinin yerinə yetirilməsi ilə əlaqələndirirlər. Mən isə onlara başa saldım ki, Ukrayna təslim olmayıb və olmayacaq. Biz diplomatik həll yollarına hazırıq, lakin nə qədər ki, bunlar yoxdur, biz torpaqlarımızı Rusiyanın təcavüzündən fədakarcasına müdafiə edəcəyik”.

Deməli, söz silahların və raketlərin, bir də Bayraqdar-ındır!

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN