Ukrayna hərbçiləri Çerniqov vilayətinin yaşayış məntəqələrini atəşə tutan Rusiyanın “İsgəndər-M” raket komplekslərinin diviziyasının məhv edilməsi barədə məlumat yayıb.

"Təzadlar" xatırladır ki, bu barədə facebook-da "Pivniç" Əməliyyat Komandanlığı məlumat yayıb. Sitat: "Çerniqov istiqamətində Pivniç əməliyyat komandanlığının bölmələrindən biri dinc əhaliyə atəş açan "İskəndər-M" reaktiv yaylım atəşinin diviziyasını məhv etdi."
Digər təfərrüatlar, xüsusən də məhv edilən döyüş hissələrinin qalıqları ilə bağlı hələlik məlumat yoxdur. Lakin sosial şəbəkə istifadəçiləri faktı təsdiqləyən statuslar paylaşırlar... Hətta bəziləri bunun "Bayraqdar"la vurulduğunu qeyd edir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN