BMT-nin Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsi Rusiyaya Ukraynanın Luqansk və Donetsk vilayətlərində törətdiyi soyqırıma görə Ukraynada 24 fevral 2022-ci ildən başladığı hərbi əməliyyatları dayandırmağı əmr edən hökm çıxarıb.

"Təzadlar" CNN-TÜRK-ə istinadla bildirir ki, bu barədə Beynəlxalq Ədalət Məhkəməsinin sədri Coan Donoqu bu gün hğkmü elan edib. “Rusiya Federasiyası iş üzrə yekun qərara qədər 2022-ci il fevralın 24-də Ukrayna ərazisində başlayan hərbi əməliyyatları dərhal dayandırmalıdır”, - deyə hakim bildirib. "Məhkəmə hesab edir ki, Rusiya Federasiyası fəaliyyət göstərə biləcəyi və ya dəstəklədiyi hər hansı hərbi və ya qeyri-müntəzəm birləşmələrin, eləcə də dolayı yolla onun tərəfindən idarə oluna bilən hər hansı təşkilat və ya şəxslərin bu əməliyyatlarda əlavə addımlar atmamasını təmin etməlidir". 
Qərarı elan edən hakim qeyd edib ki, məhkəmə Ukraynanın Rusiyaya qarşı qaldırdığı iddiadan sonra Ukraynada soyqırımın olub-olmamasını araşdırmaq səlahiyyətinə malikdir. Hakim izah edib ki, məhkəmədə Rusiyanın iddia etdiyi kimi Ukraynanın öz ərazisində soyqırım törətməsinə dair heç bir sübut yoxdur. 

Hökmün icrası mexanizmi üzərində hazırda ciddi iş gedir və üzv ölkələrin bu qərarı dəstəkləməsi üçün problem olmadığı bildirilir. Çünki Ukraynada baş verənlər dünyanın gözü qarşısındadır, necə deyərlər, maddi sübutlar-dağıntı və insan ölümlərini əks etdirən videogörüntülər ortadadır.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN