Rusiyanın Ukraynada apardığı təcavüzkar müharibəsi özünə də baha başa gəlməkdədir.

Rəsmi qaynaqlar da təsdiqləyir ki, indiyədək 15 min hərbçi və 3 general itirən Rusiya dünyanın tənqid hədəfindədir. Bu gün isə Ukrayna Silahlı Qüvvələri Rusiyanın ümumqoşun ordu qruplaşmalarından birinin komanda məntəqəsini məhv edib. "Təzadlar" "Ukrainskaya pravda"ya istinadla bildirir ki, bu barədə Ukrayna prezidentinin Ofisinin nümayəndəsi Aleksey Arestoviç bildirib. O, deyib: “Bu böyük nailiyyətdir. Bu, ehtimal ki, bir neçə generalın məhv edilməsi və nəticədə düşmənin döyüş əməliyyatlarının təşkilinin pozulması deməkdir” . Arestoviç zərbənin hansı istiqamətdə endirildiyini dəqiqləşdirməyib. Arestoviç onu da bildirib ki, ötən sutka ərzində Ukraynanın Hərbi Hava Qüvvələri özünü ənənəvi olaraq, ən yaxşı tərəfdən göstərib, daha 10 hava hədəfi məhv edilib. Bu isə o deməkdir ki, Ukrayna xaricdən aldığı müasir hava hücumundan müdafiə silahları Rusiyanın qəniminə çevrilməkdədir.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN